Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon təhsil işçiləri arasında şahmat yarışı keçirildi

0

  •       Aprelin 9-da xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xocalı rayon ümumtəhsil məktəbləri arasında şahmat yarışı keçirildi.       Yarışın nəticəsinə əsasən, Xocalı rayon Meşəli kənd tam orta məktəbin riyaziyyat müəllimi Yusifov Əflatun Xıdır oğlu I yerin, Xocalı rayon Yaloba kənd tam orta məktəbin tarix müəllimi Hümbətov Elsevər Ağamir oğlu II yerin, Xocalı şəhər 4 saylı tam orta məktəbin gənclərin çağıraşaqədərki hazırlıq müəllimi Quliyev Firuz Yunis oğlu III yerin qalib oldu.      Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri İsmayıl Hacıyev qaliblərə Fərxri Fərman və mükafat təqdim etdi.        Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin təşkilatçılığı ilə il ərzində rayonun təhsil işçiləri arasında müxtəlif idman və intellektual yarışlarının keçirilməsi nəzərdə tutulub.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib39 dəfə
    Xocalı rayon təhsil işçiləri arasında şahmat yarışı keçirildi

    Maraqlı gələ bilər
    26
    57
    31
    56
    34
    30